Yaxşı fikrim var amma investor tapa bilmirəm ?

Yaxşı fikrim var amma investor tapa bilmirəm ?

Yaxşı fikirim var amma investor tapa bilmirəm  ?

Dəyərli dostlar  hər bir kəsin bir fikiri vardır daim öz işini qurmaq, biznes barədə milyonlarca sadəcə fikir,  bugün bizim ağlımıza gələn fikir eyni zamanda Gəncədə İstanbulda  Pekində yaşayan bir insanında ağlına gəlir.

Biz bəzən bir xəbər eşitdiyimiz zaman pis oluruq və ətrafımızda olan insanlara inandırmağa çalışırıq ki, əə o fikir Allaha and olsun  mənim ağlımada gəlmişd,  ee nə olsun ki 😉  uzaq başı ətrafımızda olan insanlar hörmət xatirinə bizi dinləyirlər sadəcə,  acı olsada gerçəklik budur.

“Yəni ağlına gələn fikri bugün tətbiq etməyə başlamadınsa, sabah o fikir sənin deyil artıq “

O zaman ortaya bir sual çıxır ki niyə fikirlər həyata keçirilmir vəya insanlar keçirmirlər  ? Çox adam daim şikayət edir ki yaxşı, əla ,super ideyam var amma investor tapa bilmirəm.  Bu şikayət edən insanlar yalnız bizdə deyil dünyanın hər yerində var onuda bilin yəni.

 

Sizə bir şey deyim ki dünyada ki ən yaxşı fikir sizdə olsada , kiçikdə olsa bir tətbiqi yoxdursa o fikrin pul dəyəri sıfıra bərabərdir. Aşağıdakı qrafikdə sizlər  bunu tam görə biləcəksiniz .

Biz birdə  bilməlyik ki həyatda nəzəriyələr var birdə bu nəzəriyyələrin  real həyatda  necə işləməsi var,

adətən biz nəzəriyələrə bağlı qalırıq və real  iş dünyasının insanlarinin  baxış bucaqlarını və  fikirlərini unuduruq

Dünyanın hər yerində iş dünyası insanları  nağılları  uzun danışıqları bahənələri sevmirlər   fikrin haqqında qısa və net cümlələr birdə rəqəmləri sevirlər  yəni statistikanı  Nə zaman hansı büdcə ilə qurdun Məhsulunun indi ki bazar dəyəri hara getmək istəyirsən və nəyə ehtiyacın var bu dediyim 4 sualın dərin detaylı məlumatları var amma ümumi konsept budur yəni.

Tətbiqsiz iş vəya fikir = 0 manat ! Aşağıda olan bu  düstür dünuya üzərində keçərliliyi olan bir statistikadır və mən New York Angels qurucusu olan David Rose kitabından bu hissəni sizlər üçün tərcümə etdim. Sizlər də iş görə bilmək üçün aşağıda ki fikirlər ilə tətbiqləri bir-birinə vursanız var olan fikirinizin dəyərinin nə olduğunu görəcəksiniz.

 

Pis Fikir =  -1 $                                                   Tətbiq yox = 1 $

Zəif Fikir =  1 $                                                    Zəif tətbiq = 1000 $

İdarə edər  fikir = 5$                                          İdarə edər tətbiq = 10 000 $

Yaxşı fikir = 10 $                                                 Yaxşı tətbiq = 100 000 $

Əla fikir = 15 $                                                     Əla tətbiq =  1000 000 $

Qeyri adi Möhtəşəm  fikir = 20 $                     Qeydi adi Möhtəşəm tətbiq = 10 000 000 $

 

İş görə bilmək üçün bu ikisini bir birnə vurmalısınız və görəcəksiniz ki, tətbiqi olmayan qeyri adi möhtəşəm fikir:20 $

Amma tətbiqi olan qeyri adi möhtəşəm  fikir isə:  200 000 000 $ dəyərindədir.

Müəllif: Əyyub Hüseynzadə

Share