“Xalq Sığorta”da kadrlar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya

“Xalq Sığorta”da kadrlar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya

“Xalq Sığorta” kadrlar üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır.

Namizəddən tələb edilənlər:

• Cinsi /Q
• Ali təhsil
• Yaş həddi 22-30
• Azərbaycan, rus və ingilis dillərini yaxşı bilməli
• Təcrübəli MS Office proqramlarının bilgisi
• Minimum 1 il iş təcrübəsinə malik olmağı arzuolunandır

Vəzifəyə dair tələblər:

• Kollektivlə işləməyi bacarmalı
• Ünsiyyətli, məsuliyyətli, təmkinli, komandada işləməyi bacarmalı

İşin təsviri:

• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi və s. sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
• Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma və s.);
• İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Respublikasının Qanunvericiyinə uyğun olaraq arxivləşdirilməsi;

İş şəraiti

• İş vaxtı 9.00-18.00
• bazar – istirahət günü

Əmək haqqı: 750 AZN

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

Share