“Uğurun Xəritəsi” kitabının təqdimatı olacaq

“Uğurun Xəritəsi” kitabının təqdimatı olacaq

Nəhayət fərdi inkişaf kateqoriyasında motivasiya verici və çətinliklərə baxmayaraq uğur qazanmağın sirrlərindən bəhs edən “Uğurun Xəritəsi” adlı ilk kitabım işıq üzü gördü. Kitabımın rəsmi təqdimat mərasimi 9 avqust, saat 15:00-da Park İnn otelinin Füzuli zalında media nümayəndələri və dəvətnamə əsasında iştirak edəcək şəxslər üçün qapalı şəkildə keçiriləcək. Rəsmi hissə bitdikdən sonra saat 16:30-dan etibarən tədbirin daha geniş auditoriya üçün nəzərdə tutulan ikinci hissəsi başlayacaq. Tədbirin məhz bu açıq qapı hissəsində imzalı kitab əldə etmək istəyən hər bir şəxs iştirak edə bilər. Hər birinizi ilk kitabımın təqdimat və imza mərasimində iştirak etməyə dəvət edirəm. Sizləri 16:30-dan etibarən Park İnn otelinin Füzuli zalında görməkdən şad olaram. Kitabımın işıq üzü görməsində böyük əməyi olan Bank of Baku ASC-yə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm

Share