TEDX UNEC qeydiyyat başladı

TEDX UNEC qeydiyyat başladı

Noyabrın 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçiriləcək.

“Təhsil və elmin vəhdəti” mövzusunda təşkil ediləcək konfransın təşkili üçün bu ilin mart ayında TED təşkilatından rəsmi lisenziya alınıb.

İlk TEDxUNEC konfransı elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər:

-UNEC rektoru, professor Ədalət Muradov,
-AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov
-Millət vəkili Fazil Mustafayev
-Təhsil üzrə ekspert, Professor Şahlar Əsgərov
mövzu üzrə dəyərli fikirlərini paylaşacaqlar.

Tədbirdə iştirak etmək istəyənlər noyabrın 5-də saat 11:00-da UNEC-in əsas tədris binasına (İstiqlaliyyət küç.,6) dəvət olunurlar.

Qeyd:Yerlər məhduddur!

Share