STAGE 2.0 – Internship&Development Program

STAGE 2.0 – Internship&Development Program

STAGE proqramı bir məktəbdir – “Skills Audit” və “Talent Management” məktəbi.

STAGE elə məktəbdir ki, sonda uğurla bitirənlər hansı metod və bacarıqları əldə etdiklərini rəqəmlərlə görəcəklər.

STAGE proqramı təlim paketi deyil.

“Business Club Azerbaijan” əmək bazarında ÜSTÜNLÜK qazanmağınız üçün sizə ÖDƏNİŞSİZ olaraq öyrənib, tətbiq edəcəyiniz və işgüzar olaraq bitirəcəyinizə tam təminat verilən Azərbaycanda yeganə olan və ikinci dəfədir keçiriləcək STAGE proqramını təqdim edir.


Fərdi inkişaf yalnız fərdi inkişaf kitabı, bir neçə saatlıq seminar, təlim, divara asdığınız sertifikatlarla olmur. Fərdi inkişaf – adı üstündə, fərdin özünün üzərində proqramlı işləməsinə dayalı bir sistemlə mümkündür. STAGE proqramı bunu sizlər üçün təmin edəcək!

Bu Təcrübə Proqramında iştirak etməklə siz şəxsi inkişaf və seçdiyiniz sahəyə uyğun nəzəri biliklərlə yanaşı praktiki biliklər də əldə edəcəksiniz. Təcrübə proqramı iştirakçıları xüsusi inkişaf proqramı əsasında tədris keçəcək, həmçinin spesifik sahə üzrə təlimatlandırılacaqlar.

#NamizədlərəTələblər
Seçiləcək namizədlər bakalavr və ya magistr tələbəsi olmalıdır. Namizədin müəyyən ictimai faəliyyətinin, müxtəlif akademik göstəricilərinin olması arzuolunandır. Namizəd yüksək səviyyədə Azərbaycan dili biliklərinə malik olmalıdır. Xarici dil biliyi arzuolunandır. Hər bir proqram üzvü verilən tapşırıqları yerinə yetirməli, razılaşdırılmış vaxt çərçivəsində inkişaf proqramının fəaliyyətlərində iştirak etməlidir.

3 ay, 12 həftə

Hər həftəndə bir bacarıq, hər həftəndə bir xüsusiyyət qazanıb, hər həftəndə özün fərd olaraq özünü inkişaf etdirəcəksən. Ən önəmlisi odur ki, bunu bir vəzifədə çalışaraq, təcrübə qazanaraq edəcəksən.

1.Həftə: Self-Image
2.Həftə: Goal Settings
3.Həftə: Learning
4.Həftə: Planning
5.Həftə: Management
6.Həftə: Operation
7.Həftə: Solution
8.Həftə: Skill Learning
9.Həftə: Performance Management
10.Həftə: Creative Thinking
11.Həftə: Motivation
12.Həftə: Success

12 həftə ərzində mövzular təlim-seminar formatında deyil, fərqli praktiki olaraq özünüzü öyrədəcəyiniz formatda keçiriləcək.

#TəcrübəÜçünAyrılanSahələr:
Namizədlər aşağıda göstərilən sahələrdən biri üzrə STAGE proqramına müraciət edə bilərlər. Qeydiyyat blankını doldurarkən öz maraq, ixtisas və ya çalışmaq istədiyi sahəni seçməlidir.

Təcrübə üçün sahələr:

• SMM Manager & Market Research (SMM Menecer & Bazar araşdırmaçısı)
• Graphic Designer & Illustrator (Grafik Dizayner&Illustrator)
• Event organizer (Tədbir təşkilatçısı)
• Trainer (Təlimçi)
• Sales Manager (Satış Meneceri)
• Office Manager (Ofis meneceri)

Seçilmiş namizədlərə təfsilatlı iş təsviri təqdim olunacaqdır.

#Müraciət

İştirakçıların seçim prosesi 4 mərhələdə keçiriləcək:
1. Onlayn qeydiyyat
2. Test mərhələsi
3. Müsahibə mərhələsi
4. 1 həftəlik sınaq müddəti

Qeydiyyat üçün aşağıdakı formu doldurmağınız tələb olunur:
https://goo.gl/ioMZZJ

Son qeydiyyat tarixi 30.03.2017, saat 22:00.

______________________________________________

Proqramı müvəffəqiyyətlə bitirən şəxslərə “Sertifikat”, iştirak etdikləri təlimlər, əldə etdiyi metodlarla bağlı “Şəhadətnamə” və “Tövsiyyə məktubu” təqdim ediləcəkdir.

#Qeydlər:
• Qeyd olunan tarix aralığı (09-30 mart) yalnız proqrama müraciət müddətini əhatə edir.
• Tələbələrin dərs saatları nəzərə alınacaqdır.

Təşkilatçı – Business Club Azerbaijan
Business Club Azerbaijan gənclərin real fərdi inkişafında onlara dəstək olmaq məqsədi daşıyan və fəaliyyətini bu istiqamətdə təşkil edən qurumdur.

Sizi maraqlandıran başqa suallar varsa hər zaman cavablamağa hazırıq. 🙂

Əlaqə
Mob: (+99450) 710-01-55;
Tel: (+99412) 436-79-80;
Ünvan: Murtuza Muxtarov küç. 188, 34 (Caspian Plaza ilə üzbəüz).
Xəritədə ünvan: goo.gl/1GIFhz

Share