Sosial elmlərdə tədqiqat metodları (2-ci praktik təlim)

Sosial elmlərdə tədqiqat metodları (2-ci praktik təlim)

Elmin hər bir sahəsinin özəyini elmi tədqiqat təşkil edir. Tədqiqatın həyata keçirilməsi isə yüksək nəzəri biliklərlə yanaşı, əyani təcrübə də tələb edir. Sosial elmlər, iqtisadiyyat və psixologiya sahələrində təhsil alan və işləyən gənclərdə tədqiqat bacarıqlarının inkişafına dəstək üçün ASA silsilə praktik təlimlər (3 təlim) təşkil edir. Bu qəbildən olan ikinci təlim 17 Dekabr tarixində baş tutacaq. Təlimdə keyfiyyət intervüsü, təhlil qaydaları, respondentlərin seçmə metodları haqqında nəzəri biliklər təqdim ediləcək. Daha sonra isə, bu məsələlər üzrə əyani təcrübə keçiriləcək. Təlim sosial iş üzrə tanınmış ekspert Cavid Şahmalıyev və London İqtisadiyyat Məktəbinin Ədliyyə Sistemi üzrə magistrantı İnqilab Şahbazov tərəfindən keçiriləcək.

Məkan: Qafqaz Point Hotel
Tarix: 17 Dekabr
Saat: 11:30 – 13:00

Bütün təlimlərdə iştirak etmiş şəxslərə SERTİFİKAT veriləcək.

İştirak üçün qeydiyyat tələb edilmir.

Nəqliyyat:
– Elmlər metrosu
– 3, 6, 18, 53, 39, 77, 2, 11 nömrəli avtobuslar

Share