“Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar” layihəsi həyata keçirilir

“Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar” layihəsi həyata keçirilir

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar” layihəsinə start verilmişdir.

Layihənin əsas məqsədi Gənclər arasında Azərbaycan tarixini öyrənmə və öyrətmənin, tarixi adidələrimizi öyrənməyin və qorumağın təbliği edilməsi, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılmasıdır.

Layihə çərçivəsində Qə­bələ, Oğuz və Şə­kidə gənclər arasında Azərbaycan tarixi mövzusunda seminarlar, olimpiadalar və intellektual oyunların təşkil edilməsi planlaşdırılıb. Ümumilikdə 300-dən artıq gənci əhatə edəcək layihə mart-iyun aylarını əhatə edəcəkdir.

Share