
“Quriya gündəlikləri” kitabının təqdimat mərasimi
Mart ayının 09-da saat 12.00-da Milli Kitabxanada-“Açıq kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə gənc gürcü şairi Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilərək “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunmuş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimini və imza törəni keçirəcəkdir.
Share