Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində “Park Lajenkovski Hoteldə” Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən YouthPortal-a verilən məlumata görə, Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.

Forumun məqsədi Polşadakı azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkə yaratmaq və onu gücləndirmək, diaspor işində gəcnlərin fəaliyyətini artırmaq, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası prosesində qarşıya çıxan problemləri müzakirə etmək, təkliflər vermək, eləcə də bu məsələləri tədbirdə iştirak edəcək dövlət rəsmilərinin diqqətinə çatdırmaqdır.

Forumun birinci hissəsində qonaqların çıxışları, ikinci hissəsində isə gənclər və dövlət rəsmilərinin iştirakı ilə panel müzakirələrin təşkil edilməsi planlaşdırılıb. Sonda tədbir iştirakçıları adından Polşa Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Polşadakı səfirliyinin, Polşadakı Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı gözlənilir.

Share