Ödənişli Təcrübə Proqramı

Ödənişli Təcrübə Proqramı

“Mazarina” MMC öz karyerasını İnsan resurslarının idarəolunması sahəsində qurmaq istəyən gənclər üçün təcrübə proqramını açıq elan edir.
Təcrübə proqramı ödənişlidir. İlk 3 ay 250 AZN. (Özünü daha yaxşı göstərən namizədlərin işlə təmin olunma şansları mümkündür)
Tələblərimizə cavab verən şəxslər aşağıda qeyd edilən elektron ünvanına müraciət edə bilərlər.
Namizədə tələblər
– Ali təhsilini tamamlamış;
– Cinsi: kişi (işin xüsusiyyətindən dolayı)
– İnsan resurslarının idarəolunması sahəsində nəzəri biliklər;
– MS Office proqramlarında (xüsusən excel) sərbəst işləmək bacarığı;
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti;
– Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
– Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı
– Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
– Məqsədyönlü və qətiyyətli
– Kollektivdə çalışmaq,liderlik bacarıqları və yardım etməyə, xoş münasibət qurmağa hazır olmaq
– Rus və ingilis dilini ən azı orta səviyyədə (hər hansı birini yüksək səviyyədə bilmək üstünlükdür)

– İş qrafiki 09:00 – 18:00, 1-5 gün.
cv-lərinizi saleh.hasanov@mazarina.az ünvanına mövzu hissəsində “İnsan resursları (təcrübəçi)” yazaraq və müşaiyət məktubu (cover letter) əlavə edərək göndərməniz xahiş olunur.
Son müraciət tarixi: 10.04.2017
* Mazarina MMC – 2001-ci ildən etibarən uğurla fəaliyyət göstərir və “Colgate-Palmolive”, “Canbebe”, “SC Johnson”, “Henkel”,“Heinz” uşaq qidaları, “Helen Harper”, “Bella”, “Loreal”, “Garnier” və digər brendlərin məhsulları, Gəncə Şərab-2 zavodu şərablarının Azərbaycanda rəsmi distribyuteridir.

Share