MGK Təcrübə Proqramı

MGK Təcrübə Proqramı

Təcrübə programı Müasir Gənclər Klubu tərəfindən il ərzində 2 dəfə elan olunmaqla, ümumilikdə 3 aylıq müddəti əhatə edir. Program gənclərə real biznes mühitində praktika imkanı verməklə yanaşı həmçinin şəxsi inkişaf və karyera quruculuğuna dəstək olacaq müxtəlif imkanları da özündə birləşdirir.İndiyədək bu xidmətdən 100-dən çox gənc faydalanmışdır.

• İdarəetmə, Menecerlik qabiliyyətinə yiyələnmək
• Yaradıcılıq qabiliyyətini artırmaq
• Komanda da işləmək bacarığını formalaşdırmaq
• Kooperativ ünsiyyət vərdişlərinə yiyələnmək
• Bacarıqlarını gücləndirmək
• Təcrübə qazanmaq
• Həmçinin Karyera qurmaq istəyən hər bir gənc üçün İlk Uğurlu addımları atmaq imkanı əldə edəcəkləriniz sırasındadır

Təcrübə Programının seçim turlarında iştirak etmək üçün ilkin mərhələdə aşağıdakı linkə daxil olub Müraciət Formunu doldurmaq lazımdır.

Müraciət Formuna keçid üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLScn1q2MELYDO6nqrRy-YYtMEUw_Qgrl3fXF0oWCaRD9hFHVqA/viewform

Müraciətlərin göndərilməsi üçün son tarix 15.02.2017

Seçimlər 3 mərhələdə aparılacaq və Təcrübə Proqramı Aprel ayından start götürəcək.

Təcrübə proqramında uğurla iştirak edəcək şəxslərə Sertifikat veriləcək.Təcrübə Proqramından istifadə ödənişsiz və özünəgüvənən hər bir gənc üçündür.

Daha ətraflı:
M.Muxtarov küç.9
051 663 63 

Share