Max Group da təcrübə imkanı

Max Group da təcrübə imkanı

Max Group 3 və 4-cü kurs tələbələri üçün Korporativ satış meneceri və Xaricdə təhsil menecerliyi üzrə təcrübə proqramı elan edir.
TƏLƏBLƏR
1. III-IV kursda təhsil alan tələbələr
2. Yazılı və şifahi kommunikasiya bacarığı
3. Təşkilatçılıq bacarığı olan və kollektivdə çalışmaq, yardım etməyə hazır
4. Məqsədyönlü və qətiyyətli
5. Müştərilərlə əlaqə yaratmaq və əlaqələri koordinasiya etmək
Proqram haqqında:
1. Təcrübə 3 ay müddətində davam edəcək və uğurlu nəticə göstərən təcrübəçilər işlə təmin olunacaqdır.
2. Hər həftə təcrübə proqramı çərçivəsində təlimlər keçiriləcəkdir.
3. Ən əsası bu 3 ay müddətində hər hansı dil üzrə ödənişsiz dərslərdə iştirak etmək şansı qazanacaqdır.
4. Təcrübə müddətində təcrübəçilərə şirkət tərəfindən nahar veriləcəkdir.
5. Təçrübə proqramı 2 növbəlidir:
I növbə 09:30-13:00
II növbə 14:30-18:00
Gələcək karyerasını bu sahələr üzrə qurmaq istəyənlər müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlər CV-lərini “TƏCRÜBƏ PROQRAMI” başlığı ilə fargana@maxgroup.info.az ünvanına göndərə bilər.
Share