“Layihələrin idarə olunması” təlimi

Beynəlxalq Təlim və Layihə Mərkəzi sizi “Layihələrin idarə olunması” təliminə dəvət edir!

Müddət: 18 Saat (12 dərs x 1.5 saat)
Ödəniş: 270 AZN
Başlama tarixi: 02.12.2017
Saat : 19:00

Təlim proqramı:
1. Layihə İdarəetməsinə Giriş və Layihə İdarəetməsi Metodologiyaları
a. Layihənin xüsusiyyətləri
b. Layihədə məhdudiyyətlərin balanslaşdırılması
c. Layihə idarəetməsi metodologiyasının üstünlükləri
2. Layihə İdarəetməsi üzrə Əsas Anlayışlar
a. Layihə, Proqram və Portfel anlayışları
b. Layihənin Həyat Tsikli
c. Layihənin planlaşdırılması prosesi
3. Layihənin Başlanması: Layihələrin Müəyyənləşdirilməsi və Seçimi
a. Layihənin müəyyənləşdirilməsi
b. Layihə Nizamnaməsi (Project Charter) və əsas komponentləri
c. Təklif üçün Sorğu (RFP) və əsas komponentləri
4. Layihə Təkliflərinin Hazırlanması
a. Təklifin verilməsində nəzərə alınmalı amillər
b. Təklifin hazırlanması
c. Təklifin qiymətləndirilməsində nəzərə alınmalı amillər
5. Layihənin Planlanması: Layihə Tapşırığı və İş Bölgüsü Strukturu (WBS)
a. Layihə Tapşırığının (Project Scope) müəyyənləşdirilməsi
b. İş Bölgüsü Strukturunun (WBS) hazırlanması
c. Öhdəliklərin Təyini Matrisi (RAM)
6. Layihədə Resursların və Müddətin Planlaşdırılması
a. Resursların proqnozlaşdırılması
b. Layihə vaxt cədvəlinin hazırlanması
c. Kritik Yolun (Critical Path) təyini
7. Layihədə Xərclərin Planlaşdırılması
a. Xərclərin proqnozlaşdırılması
b. Faktiki xərcin müəyyənləşdirilməsi
c. Xərc performansının təhlili
8. Layihədə Risklərin Planlaşdırılması
a. Risklərin müəyyənləşdirilməsi
b. Risk qiymətləndirmə matrisi
c. Risk cavab planı
9. Layihənin İcrası: Layihə Meneceri və Layihə Komandası
a. Layihə menecerinin öhdəlikləri
b. Effektiv layihə menecerlərinin əsas xüsusiyyətləri
c. Layihə komandasının yaradılması
10. Layihədə Kommunikasiyanın Təşkili və Sənədləşmə
a. Layihədə kommunikasiya formaları
b. İclaslar və hesabatlar
c. Layihə kommunikasiya planı
11. Layihənin Yekunlaşdırılması
a. Yekun mərhələdə görüləcək işlər
b. Müştəri tərəfindən geri-bildiriş
c. Layihəyə vaxtından əvvəl xitam vermə halları
12. Layihə İdarəetməsi üzrə İcmal və Dəyərləndirmə

Təlimin qısa təsviri:
Layihələrin idarəedilməsi – idarəetmənin (menecmentin) praktik sahəsidir. Layihə idarəetməsi istənilən məsələnin həllində, biznesin istənilən sahəsində tətbiq oluna bilər. Çünki yeni məhsulun istehsalından yeni neft yataqlarının işlənməsinə, kommersiya işindən elmi-tədqiqat işinə qədər bütün fəaliyyət növlərinə layihə kimi baxmaq olar. Menecerlər layihələrin idarə edilməsi mexanizmləri və metodologiyalarından istifadə etməklə müəssisənin daha səmərəli fəaliyyətini təşkil etmək imkanı qazanırlar.

Əsas ədəbiyyat:
Gido, J. and Clements, J. (2015) Successful Project Management, 6th Edition. Mason, OH: South Western, Cengage Learning.
PMBOK® Guide (2013), A Guide to the Project Management Body of Knowledge, 5th Edition, Project Management Institute.

Qiymətləndirmə:
Təlim proqramının sonunda test və açıq suallardan ibarət imtahan keçirilir. İmtahanda 60% və yuxarı nəticə göstərən iştirakçılar müvəffəq sayılır. Təlim proqramı üzrə ayrılmış saatların 25%-dən çoxunda iştirak etməyənlər imtahana buraxılmır. İştirakçı sayı maksimum 16 nəfərdir.

Təlimçi: Vüsal Həsənov, PhD, PMP
Layihələrin idarə edilməsi üzrə təlimçi
PMP (Project Management Professional), Layihə idarəetməsi üzrə beynəlxalq sertifikat
PhD, İqtisad üzrə fəlsəfə doktoru
Özəl sektor və dövlət qurumlarında, o cümlədən bir neçə beynəlxalq təşkilatda (Dünya Bankı, FinLit Group kimi) planlaşdırma, tədqiqat, inkişaf və idarəetmə sahələrində 10 ildən artıq iş təcrübəsi
Təhsilin idarə olunması və liderlik üzrə ABŞ Fulbright Humphrey proqramının qalibi (Kaliforniya Universitetində və Pensilvaniya Dövlət Universitetində təhsil)
İqtisadiyyat üzrə Türkiyə Respublikasında bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil
İqtisadiyyat və təhsil sahəsində 10-dan çox məqalə və konfrans materialı, həmçinin çoxlu sayda yerli və beynəlxalq konfranslarda və təlimlərdə iştirak
Təlim və tədris etdiyi sahələr: Layihələrin idarə edilməsi, Strateji idarəetmə, Korporativ sosial məsuliyyət, Beynəlxalq biznes və Marketinq

Qeydiyyat linki (Qeydiyyatdan keçən zaman kurs / seminar / təlim bölməsinə- “Layihələrin idarəedilməsi təlimi” yazmağınız xahiş olunur):
http://btlm.az/Registration/

Əlaqə vasitələrimiz:
📱 050 721 15 81
☎️ 012 564 13 64
📧 info@btlm.az
📍 Aşıq Molla Cümə küç.138, N.Nərimanov

Share