“KÖNÜLLÜ” TƏLƏBƏ TƏQAÜD PROQRAMI

“KÖNÜLLÜ” TƏLƏBƏ TƏQAÜD PROQRAMI

“KÖNÜLLÜ” TƏLƏBƏ TƏQAÜD PROQRAMINA MÜRACİƏTLƏR DAVAM EDİR
Müraciətlər 15 yanvar 2017-ci il saat 18:00-dək qəbul ediləcək.
Proqrama ixtisasından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin Azərbaycan Respublikasının vətəndaşı olan tələbələri müraciət edə bilər. “Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi Azərbaycan Universitetinin məzunu dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının qərarı ilə nəşr edilən “Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına, müəllif tərəfindən tələbələrin təhsil imkanlarının artırılması və Sosial innovasiyalar, Sosial xidmətlərin inkişafında informasiya texnologiyaları, Kənd turizminin inkişafı mövzularında mütərəqqi ideyalarının dəstəklənməsi üçün könüllü olaraq təqdim olunur.
Təqaüd fondunun ümumi miqdarı 3000 manat təşkil edir. Müsabiqədə qalib seçiləcək 6 tələbə könüllüyə 500 azn məbləğində birdəfəlik təqaüd veriləcəkdir.
Müraciətə keçid üçün:
https://docs.google.com/…/1FAIpQLSdZmDpgiFf9CM-apg…/viewform

Share