İskəndər və əsgər

İskəndər və əsgər

Böyük İskəndərin çox sürətlə qaçan bir atı var idi.Bir gün yenə Böyük İskəndər atına minmiş və ordusunu təftiş etməyə başlamışdı.Bu vaxt gözü cılız ata minmiş bir əsgərə sataşdı.Böyük İskəndər :

-Əsgər,mindiyin bu cılız at nədir? – deyə soruşdu.

Əsgər əvvəlcə güldü,sonra isə:

-Mən müharibə meydanında qala bilmək üçün bu ata minmişəm.Halbuki,sən müharibə meydanından qaça bilmək üçün o ata minmisən!- deyə cavab verdi.

Share