İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın.
Günümüzdə radiolarda işə müraciət edəndə sizdən təcrübəli olmağı tələb edirlər. Siz isə bu təcrübəni harada qazanacağınızı düşünürsünüz. Məhz, gənclərdən ibarət komandada çalışaraq, siz gələcək karyeranızın təməlini qura və əvəzsiz təcrübə əldə edə bilərsiniz! Təcrübə 3 ay müddətində davam edəcək.

Təcrübə proqramında iştirak etmək istəyirsinizsə 27.01.2017-ci il tarixinədək aşağıda qeyd olunmuş linkdəki ərizə formasını doldura bilərsiniz:

http://ireli.az/?p=4284

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: ərizələrin qəbulu (18 yanvar- 27 yanvar 2017)
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi (29 yanvar – 1 fevral 2017)
iRadio – da sizin üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri:
– Radio Aparıcı
– Musiqi tərtibatçısı (DJ)
– Produsser
– Veb səhifənin idarə olunması və digər texniki məsələlər
Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Bakı Səməd Vurğun 43, Dünya Biznes Mərkəzi, 4-cü mərtəbə
Telefon: (+994 12) 597 48 13
(+994 55) 220 76 72

elvin.sahatbayli@iradio.az

iRadio – Gənclərin Radiosu!

Share