İELTS imtahanına daha hazırlıqlı olmaq istəyən tələbələrin nəzərinə

İELTS imtahanına daha hazırlıqlı olmaq istəyən tələbələrin nəzərinə

ATGTİ-nin təşkilatçılığı ilə “İELTS proqramına hazırlıq” adlı layihəsi çərçivəsində ali təhsil müəssisələrində bakalavr və magistr dərəcəsində təhsil alan tələbələr üçün ödənişsiz şəkildə seminarlar  təşkil olunur. Seminarlar İELTS sahəsi üzrə yeddi illik təcrübəsi olan mütəxəssis Əminət Diqanayeva tərəfindən keçiriləcək. Seminarlarda tələbələrə İELTS imtahanı üzrə öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı yaradılır.

 

Tələbələr qeyd edilən sahələrdə daha da üstün bacarıqlar əldə edəcək:

– İELTS imtahanı sisteminə uyğun olaraq sözlərin düzgün oxunuşu;

– Qrafiklərin hazırlanması;

– Esselərin yazılmasına dair təlimatların verilməsi.

 

Layihə 1 ay boyunca müxtəlif təhsil müəssisələrində həyata keçiriləcəkdir. Seminarlarda qeydiyyatdan keçmiş və seçilmiş tələbələr iştirak edəcəklər.

Qeydiyyat üçün keçid: http://bit.ly/2lMjkS2http://bit.ly/2lMjkS2

Qeydiyyat üçün son tarix: 14.03.2017

Share