EOS Academy – İqtisadiyyat Məktəbi I

EOS Academy – İqtisadiyyat Məktəbi I

“EOS Academy” EOS Club daxilində yaradılan, elmin və düşüncənin inkişafına müstəqil şəkildə xidmət edən qurumdur. Akademiya elm və maarifin təbliğatı üçün müxtəlif vasitələrdən yararlanır. Müxtəlif elmi-düşüncə mövzulu seminar, təlim, tədbir və digər bu qəbildən layihələrin təşkil edilməsi akademiyanın fəaliyyətinə daxildir.

EOS Akademiyanın təşkil etdiyi “İqtisadiyyat məktəbi” layihəsinin məqsədi iştirakçılarda iqtisadiyyata dair ümumi dünya görüşü və real iqtisadi hadisələri təhlil etmə qabiliyyəti formalaşmaqdır. Həmçinin, iştirakçılar bir şəbəkə kimi formalaşaraq akademik bacarıqlarını sosial mühitdə inkişaf etdirmək şansı əldə edəcəklər. Layihənin hədəf kütləsi sadəcə bu sahədə təhsil alanlar, ixtisaslaşanlar deyil, iqtisadi mövzulara marağı olan hər kəsdir. Bu baxımdan, təlimlərdə nəzəriyyənin real dünya nümunələrinə və praktiki nəticələrinə daha çox toxunulacaq. Layihə çərçivəsində təlimlər həftə sonları olmaqla 5 həftə ərzində həyata keçiriləcək, sonda aktiv iştirakçılar sertifikatla mükafatlandırılacaqlar. İştirakçılar müsahibə yolu ilə seçiləcək. Layihə hər hansısa bir qurumun maddi dəstəyi ilə deyil, EOS Club daxilində könüllü fəaliyyət göstərən gənclərin təşəbbüsü ilə həyata keçirilir.

“EOS Academy- İqtisadiyyat Məktəbi I” daxilində keçiriləcək mövzular:

1. İqtisadi təfəkkür və əsas anlayışlar:
– İqtisadiyyat nədir və prinsipləri
– Tələb və Təklif anlayışı

2. Əsas iqtisadi sistemlər və fərqləri:
– İqtisadi sistem anlayışı
– İqtisadi sistemlərin növləri və xüsusiyyətləri
– Bazar iqtisadiyyatının modelləri və fərqləri

3. Pul və qiymətli kağızlar:
– Pulun yaranması və təkamülü tarixi
– Pulun funksiyaları
– Qiymətli kağızların mahiyyəti və növləri
– Qiymətli kağızlar bazarı

4. Bank anlayışı və bank sistemləri:
– Bank anlayışı və bankların formalaşması.
– Bank sistemi anlayışı.
– Mərkəzi Bankların həyata keçirdiyi monetar siyasətlər*

5. İnflyasiya anlayışı:
– İnflyasiyanın mahiyyəti və növləri.
– İnflyasiyanın sosial-iqtisadi nəticələri.

6. Rəqabət və inhisar:
– Rəqabətə görə bazarın tipləri.
– İnhisar anlayışı və növləri.
– Antiinhisar siyasəti.

7. Məşğulluq və işsizlik:
– Məşğulluq anlayışı.
– İşsizlik və onun növləri.
– İşsizliyin aradan qaldırılması ilə bağlı dövlət siyasətləri.
– İşsizlik və inflyasiya arasında əlaqə.

8. Vergi və vergi sistemləri:
– Vergilərin formalaşması və təkamülü.
– Birbaşa və dolayı vergilər.
– Vergi sistemləri.
– Dövlətin vergi tənzimlənməsi.

9. Dövlət büdcəsi və onun formalaşması:
– Dövlət büdcəsi anlayışı.
– Büdcə sistemləri.
– Büdcənin formalaşma mənbələri.
– Büdcə defisiti (profisiti) və onun aradan qaldırılması yolları.

10. Simulyasiya:
-Əsasən keçirilənlərin bir-biri ilə bağlı olan ümumiləşdirilmiş cəhətlərinin praktiki tərəflərinin daha ətraflı müzakirəsi və debat xarakterli müzakirələr.

*Layihə ödənişsizdir.

Layihə koordinatoru: Gülər Abbaslı
Təlimçilər: Hər mövzu üzərində müxtəlif ekspertlər çıxış edəcək

Qeydiyyat linki: https://goo.gl/forms/ktYlPBUoPBodESPs2

Təlim günləri: 15, 16, 22, 23, 29, 30 aprel; 6, 7, 13, 14 may
Müraciət üçün son tarix: 12 aprel 2017
Ünvan: Dialogue Cafe (İslam Səfərli, 59)
Əlaqə: 0554001440

Share