Dünyanın ən yaxşı 10 tələbə şəhəri

Dünyanın ən yaxşı 10 tələbə şəhəri

Dünyanın Ən Yaxşı 10 Tələbə Şəhəri

QS (Quacquarelli Symonds) tərəfindən aparılan 2016 dünyanın ən yaxşı tələbə şəhəri anketində ən yaxşı dərəcəni Paris aldı.

Məktəblərin təhsil keyfiyyəti, tələbə yaşayış xərci və standartları, xarici tələbə nisbəti kimi meyarlar nəzərə alınaraq hazırlanan, “QS Ən Yaxşı Tələbə Şəhərləri” siyahısında, dünyanın bahalı paytaxtlarından olan Paris birinciliyi, Tokio ikinci yeri aldı.

Tələbə şəhəri dedikdə, adətən, ictimai həyatın və imkanların geniş, həyat bahalılığı isə nisbi uyğun olduğu şəhərlər gəlir ağlımıza. Beynəlxalq təşkilatlar isə yalnız şəhərin iqtisadi olmasını deyil, eyni zamanda təhsil keyfiyyəti, iş imkanları, cazibə mərkəzi olması, beynəlxalq tələbə müxtəlifliyi və s. kimi bir çox fərqli qiymətləndirmə üsulunu əsas götürərək, dünyanın ən oxunan şəhərlərini müəyyən edirlər.

Məhz 2016-ci ildə dünyanın ən yaxşı 10 tələbə şəhəri!

1.Paris

Fransa

Paris, Fransanın paytaxtı və İle-de-france regionunun mərkəzidir. Sen çayının üzərində, Paris hövzəsinin ortasına yaradılıb. Parisdə yaşayanlara Parisien(ne) deyə xitab edilir. Elm, mədəniyyət, incəsənət sahələrində də dünyanın aparıcı mərkəzlərindən biri olaraq qəbul edilən Paris, təxminən 2000 illik bir tarixə malikdir. Paris bir çox cəhətdən New York, London və ya başqa bir Avropa şəhərlərindən daha çox iş havasında və sürətləndirilmiş bir atmosferə sahibdir

 

2.Tokyo

tokyo-

Yaponiyanın paytaxtı və Asiyanın ən əhəmiyyətli şəhərlərindən biri olan Tokio, beynəlxalq sahədə uğurlu 10 universiteti ilə, yüksək həyat standartları iş və təcrübə imkanları ilə bir tələbənin oxuyacağı ən yaxşı şəhərlər arasında yer alır

 

3.Melbourne

Melbourne

Melburn, Avstraliyanın Viktoriya ştatının paytaxtı və 3.7 milyon əhalisi ilə ölkənin ikinci ən böyük şəhəridir (2006 sayına görə). Dünyanın ən yaşana biləcək  şəhərləri arasında yer alan Melburn, eyni zamanda həyəcan verici bir yerdir. Hərəkət, mədəniyyət və əyləncə dolu canlı və çox mədəniyyətli bir şəhərdir.

İqtisadi cəhətdən son dərəcə inkişaf etmiş bir şəhər olan Melburn, eyni zamanda idman şəhəri kimi də tanınır və Avstraliyadakı böyük idman yarışlarına ev sahibliyi edir.

 

4.Sidney

Sydney

Avstraliyadakı ən qədim yaşayış mərkəzlərindən biridir. Ölkənin iqtisadi, o cümlədən hər baxımdan mərkəzi olmasına baxmayaraq həqiqətdə paytaxtı deyil. (Paytaxt Canberradır). Jackson Limanının sahillərində yaradılıb. Sidney mədəniyyəti, Dünyanın ən böyük təbii limanı olan Sidney Limanı və sahilləri ilə gediləcək ən gözəl turist şəhərlərdən biri kimi qəbul edilir.

Görüləcək yerləri arasında, Sidney Limanı (Sydney Harbour), Rocks, Sidney Qülləsi (Sydney Tower), Darling Harbour, Circular Quay, Sidney Akvariumu, Botanika Bağı, Avstraliya Milli Dənizçilik Muzeyi, Taronga Heyvanat Parkı, Çin Bağı, Çimərliklər, Bonn Çimərliyi, Blue Mountains (Mavi Dağlar) – dır.

5.London

London Big Ben and traffic on Westminster Bridge

London, İngiltərə və Birləşmiş Krallıqların paytaxtıdır. 0 dərəcə meridianın keçdiyi Qrinviç London yaxınlığındadır. London dünyanın ən mühüm biznes və maliyyə mərkəzlərindən biridir. London metrosu, dünyanın ən qədim metropolitenidir. 1863-ci ildə Metropolitenə Railway adı verilib. London metropoliteninin yaranma məqsədi o zamanlar at arabalarından ibarət olan nəqliyyatın sıxlığını azaltmaqdır.

İllər boyu fərqli dil, din, irq olan insanları içində saxlayıb mədəniyyətlərini qaynaşan London; Havasının bütün dəhşətinə baxmayaraq, yaşamaqdan zövq alınacaq, şən, rəngli bir şəhərdir. İngilis dilində təhsilinin 1 nömrəli mərkəzi olması ilə İngiltərənin ən çox rəğbət edilən şəhəridir. Eyni zamanda London Avropa Birliyində adambaşına düşən gəlirin ən çox olduğu bölgədir.

 

6.Sinqapur

singapore

Sinqapur, İndoneziya və Malayziya torpaqları arasına düşmüş, kiçik bir ada dövlətidir. Əhalinin əksəriyyətini təşkil edən Çinlilər, beş əsas qrupda toplaşırlar və beş böyük dialekti edirlər; Hokkien, Cantonese, Teochev, Hainanese və Haqqa. Bunlar əsasən Konfüçyüst, Buddist və ya Taoisttir. Sinqapur iqtisadiyyatının böyük bir qismi ticarətə əsaslanır. Həmçinin nəqliyyat, bankçılıq, sığortaçılıq, kommunikasiya, əsaslı təmir və saxlama kimi xidmətlərdən də əhəmiyyətli dərəcədə gəlir əldə edilir.

 

7.Monterial

PANORAMIQUE-HR

Quebec ştatının ən böyük, Kanadanın isə ikinci böyük şəhəridir. Şəhər, Parisin sonra dünyanın Fransızca danışan ən böyük ikinci şəhəridir. Şəhər, 1976 Yay Olimpiya Oyunları və Expo 67 kimi bir çox beynəlxalq təşkilata ev sahibliyi etmişdir. Görülməsi lazım olan yerlərdən bəziləri; Jardin Botanique də Montreal (nəbatat park) – Vieux-Montreal (qədim şəhər) – Basilique Notre-Dame (bazilika) – Qatranlanmış Royal – La Ronde Amusement Park (əyləncə mərkəzi) – Place darmes (qədim şəhər meydanı) – Rue Ste.Catherine (yeme-içme,alışveriş prospekti) – Quais du Vieux-Port də Montreal (qədim liman) – Place Jacques-Cartier (əyləncə-mübadilə mərkəzi) – City Hall. – (idarə binası) Chinatown (Çin məhəlləsi) – Marche Bonsecours (köhnə bazar) – Parc Olympique (olimpiya parkı) – Marche Atwater (bit pazarı) – dır.

 

8. Honk Konq

hong-kong-2

Honq Konq; Honq Konq Adası, Kowloon Yarımadası və 235 kiçik adadan meydana gəlmişdir. Honq Konq, Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət, sənaye və turizm mərkəzidir.

Honq Konq Çinin şimal sahilində yerləşən, 1 İyul 1997-ci il tarixinə qədər İngilis Krallığına bağlı müstəmləkə və adalar qrupuykən, bu tarixdən etibarən Çin Xalq Respublikasına bağlı xüsusi idarəçilik bölgəsi olmuşdur. Bu səbəblə Honq Konq həyat Çin və İngilis həyat tərzinin qarışığı kimidir.

 

9.Berlin

Berlin

Almaniyanın paytaxtı Berlin QS Dünyanın Ən Yaxşı Tələbə Şəhəri sıralamasında 16-ci Sırada yer alır. Şəhərdə 3 universitet var: Freie University of Berlin, Humbolt University of Berlin, Technical University of Berlin

Berlində tələbə həyatı həm həyat şərtləri, həm də məktəb əmək haqları baxımından əlverişlidir. Əgər maddi imkanlarınız məhduddursa Berlində yerləşən universitetlərə nəzər salmalısınız!

Xüsusilə Humbolt Universitetinin Ətraf Mühit Mühəndisliyi və iqlim dəyişikliyi məsələsində ön plana çıxır. Freie University of Berlin də sosial elmlər, tarix və incəsənət mövzusunda sizə yüksək səviyyəli təhsil imkanı verir.

 

10. Seul

Old fortress gate with light trails at downtown

G.Korenin paytaxtı Seul, 14 universiteti, texnologiya nəhəngi firmalarda iş imkanları, həyat keyfiyyəti ilə oxumaq üçün həyəcan verici bir şəhərdir.

Tərcümə etdi:  Hökümə Niftullayeva

Share