Dünya Sosial İş Günü 2017

Dünya Sosial İş Günü 2017

Hörmətli sosial işçilər və sosial iş peşəsinin dostları!

Azərbaycan Sosial İş İctimai Birliyi hər il olduğu kimi ənənəvi olaraq Dünya Sosial İş Gününü qeyd edir. 1984-cü ildən etibarən mart ayı dünyada sosial iş ayı kimi qeyd olunur. Bu münasibətlə dünyanın hər bir yerində sosial işçilər bir yerə gələrək bu ayı qeyd edirlər. Dünya Sosial İş Günü bu il, 2017-ci il üçün Beynəlxalq Sosial İşçilər Federasiyası tərəfindən 21 Mart tarixində qeyd olunması müəyyənləşdirilmişdir. Onu da qeyd edək ki, bu il Sosial İş Gününü mövzusu “Ətraf mühiti qoyuyaq və cəmiyyəti inkişaf etdirək” başlığı altında olacaqdır. Bu ilki tədbir Azərbaycanda Sosial İş Təhsilinə həsr olunacaqdır.

Dünya Sosial İş Günü ilə bağlı keçiriləcək tədbirdə nəzərdə tutulmuşdur:

1. Azərbaycan, Avropa və ABŞ-da təhsil almış sosial iş məzunlarının uğur hekayələrini və onların hal-hazırki sosial iş tələbələrinə müraciət video mesajları;
2. Xaricdə sosial iş təhsili: Azərbaycanın da benefisiar olduğu beynəlxalq təqaüd proqramları haqqında təqdimat
3. Yerli QHT nümayəndlərinin çıxışları

Tədbirdə sizi maraqlı çıxışlar, yaradıcı fəaliyyətlər gözləyir!! Gəlin, digər sosial işçilərlə təmasda olun və bu gözəl, əhəmiyyətli günü bizimlə qeyd edin!!

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1Sb_vQmtDMKdElA4hf0dSjjEc-fKCa8nyeBk9qr9BDMI/edit?usp=drive_web

Tədbirin ünvanı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci korpusu

Tədbirin başlama vaxtı: 16 mart 2017-ci il, saat 16:00-da

Əlavə məlumat üçün azsosialis@gmail.com ünvanına müraciət edə bilərsiniz.

Telefon: (+99451) 5030306, (+99455) 3613506

Share