Davosa Doğru Bakı Forumu

Davosa Doğru Bakı Forumu

2017-ci ilin 17-20 yanvar tarixlərində İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçiriləcək. Artıq bir neçə ildir ki, Forum “Shaping Davos” fəaliyyətiylə məşğuldur. 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır.

Bakı şəhərində keçiriləcək fəaliyyət 17 yanvar tarixində “SHAPING DAVOS – BAKU” Forumu formatında baş olacaq. Forumun əsas mövzusu “Məşğulluq vasitəsi ilə yeni imkanların yaradılması”dır.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə keçirilir.

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı olaraq, bu Forumun əsas tərəfdaşlarından biri kimi böyük qürur hissi keçirdiyimizi bildirmək istəyirik. “Youth Inc.” Proqramı gənclərin fikirlərini beynəlxalq forumlarda səsləndirərək, Azərbaycan gənclərinə dəstək olmağa və hər zaman ölkəmizin inkişafı üçün geniş fəaliyyətə hazırdır.

Forumda iştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix: 14.01.2017

http://www.nayora.az/announcements2,152/lang,az/

Share