AUKAA Təcrübə Məktəbi | Neft-qaz mühəndisliyi

AUKAA Təcrübə Məktəbi | Neft-qaz mühəndisliyi

AUKAA Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi AUKAA Təcrübə Məktəbinin (ATM) ikinci tədbirini elan edir.

AUKAA Təcrübə Məktəbində ikinci tədbirimiz Neft-qaz mühəndisliyi ixtisası haqqında olacaq. Böyük Britaniyanın Mançester və Aberdin universitetləri məzunu Emin Əhmədzadə və Fransanın Lorrayn Milli Politexnik İnstitutu məzunu Bəxtiyar Cəfərov qazandıqları bilik və təcrübəni bu ixtisasla maraqlanan gənclərlə bölüşəcək.

Tədbirə giriş sərbəstdir. ADNSU tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri və maraqlanan başqa şəxslər də iştirak edə bilər.

İştirak üçün bu keçid vasitəsilə qeydiyyatdan keçmək lazımdır:http://aukaa.az/aukaa-təcrubə-məktəbi-neft-muhəndisliyi/

Tədbir 11 mart saat 11:00-də ADNSU-nun əsas korpusunun 4-cü mərtəbəsində 462 nömrəli otaqda baş tutacaq.

Əlavə suallarınız olarsa bizimlə board@aukaa.az email ünvanı və ya Facebook səhifəmiz vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Share