“Bloqlar və bloqqerlik” mövzusunda seminar

“Bloqlar və bloqqerlik” mövzusunda seminar

“İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafında gənclərin iştirakının artırılmasına dəstək” layihəsi çərçivəsində “Bloqlar və bloqqerlik” mövzusunda növbəti seminar 2 dekabr tarixində saat 14:00-da Fabrika Kovorkinq mərkəzində keçiriləcəkdir. Seminarda tanınmış bloggerlər İlham Ali Yusif və Huseyn Abdullayev öz bloq fəaliyyətləri haqqında bilik və təcrübələrini paylaşacaqdır. Son dövrlərdə bloggerlik fəaliyyətinin aktuallığını nəzərə alaraq bu sahəyə marağı olan gəncləri bu görüşdə iştirak etməyə dəvət edirik. İştirak niyyətinizi azeriyurdu.az@gmail.com elektron ünvanına bildirin. Yerlər məhdud olduğuna görə ilk e-mail yazan 60 nəfər seminarda iştirak haqqı qazanacaqdır.

Spikerlərimiz:
İlham Ali Yusif – Marketinq və PR, Karyera və Fərdi İnkişaf, Təhsil və Təlim, həmçinin müxtəlif aktual mövzular üzrə yazılar, şərhlərdən ibarət bloqun sahibidir.
Huseyn Abdullayev – Bakı şəhərinin nəqliyyat sistemi və piyada infrastrukturu haqqında ən dinamik bloqların biri olan Baku4people bloqunun sahibidir.

Qeydiyyat üçün:
azeriyurdu.az@gmail.com elektron ünvanına qısa olaraq iştirak niyyətinizi bildirin. (Ad və soyad, doğum tarixi, təhsil aldığınız və ya çalışdığınız müəssisənin adı qeyd edilməklə)

Event koordinatoru.
Fərid Məhərrəmli
Mob: 050 231 25 50
E-mail: azeriyurdu.az@gmail.com

Fabrika Kovorkinq Mərkəzi:
Fabrikaya gedən yol: https://www.youtube.com/watch?v=xmleAMKH1eQ
Ünvan: Ünvan: Nizami küçəsi 92 (Landmarkın yanı)

Share