Xəzər Mühəndislər Cəmiyyəti “Könüllü tələbə” proqramı

Xəzər Mühəndislər Cəmiyyəti “Könüllü tələbə” proqramı

Caspian Engineers Society

📢Xəzər Mühəndislər Cəmiyyəti 2018-2019 “Könüllü Tələbə” proqramına qəbulu elan edir.

Xəzər Mühəndisləri İB ən-ənəyə sadiq qalaraq hər olduğu kimi bu ildə ölkəmizdə fəaliyyət göstərən və texniki ixtisaslar üzrə təhsil verən ail təhsil müəssisələrindən könüllüləri qəbul edir. “Könüllü Tələbə” proqramında qeyd olunan təhsil müəssisələrində təhsil alan və Azərbaycan Respublikasının vətəndaşı olan II və III kurs tələbələri iştirak hüququ əldə edəcək.

Təhsil müəssisələri: Xəzər Universiteti, Memarlıq və İnşaat universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Univeristeti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti.

Seçim mərhələsi aşağıda qeyd olunan şərtlərə əsasən aparılacaq: Qiymətləndirmədən sonra seçilmiş namizədlər növbəti müsahibə mərhələsinə dəvət alacaqlar.
Müsahibədən sonra Könüllü Tələbələr adını qazanmış namizədlərin adları elan ediləcək.

Könüllünün vəzifələri :
1.Gənclərlə sıx əlaqədə olmalı;
2.İşguzar və və verilən tapşırıqları vaxtında yerinə yetirməli;
3.Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmalı;
4.Aktivlik, idarəçilik və təşkilatçılıq bacarığı olmalı;
5.Planlaşdırma və analiz etmə bacarığı olmalı;
6.Mərkəzin heyyəti ilə hər zaman bağlantıda olmalı;
7.Könüllü əməkaşlıq prinsiplərinə daim əməl etməli və səylə çalışmalı;

Könüllünün sahib olacağı imkanlar:
1. Təşkilata 1 illik üzvlük
2. 1000 azn təlim vauçeri (Technical Education Center –in təşkil etdiyi təlimlərə)
3. Mühəndis kitabxanasından istifadə hüququ
5. Peşəkar və beynəlxalq dərəcəli mühəndis şəbəkəsi ilə birlikdə işləmək
6. Xaricdə təşkil olunan mühəndis proqramlarında iştirak hüququ (forum,təlim,kamplar və digər.)
7. Seminar və mühəndislik proqramlarında ödənişsiz iştirak hüququ
8. Məzun olduqdan sonra xarici və yerli şirkətlərdə iş imkanı

📌Qeyd edək ki, seçim turunda qalib gələn tələbələrdən ibarət layihə komandası formalaşdırlacaq və hər bir tələbə təmsil etdiyi universitet üzrə “Koordinator” vəzifəsində çalışacaq. Ən fəal könüllü Baş Koordinator olaraq bütün komandaya rəhbərlik etmək şansı əldə edəcək və tərəfimizdən aylıq təqaüdlə təmin ediləcək.

Müraciət etmək istəyənlər online ərizə formasını doldurmalıdır:

https://goo.gl/Z6bNr6

Son müraciət tarixi: 15 DEKABR 2017

 

Share